Pezeşkian Trampa məktub yazdı – Səudiyyə şahzadəsi vasitəçilik edib?

media-hightechnic-468x90

 

İran Demokratiya Partiyasının sədri Mustafa Kevakibiyan, Prezident Məsud Pezeşkianın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman vasitəsilə ABŞ Prezidenti Donald Trampa “ABŞ-la müzakirəyə hazırıq” ifadələrini ehtiva edən bir məktub göndərdiyini bildirib.

Yenicag.az xəbər verir ki, Kevakibiyan “Prezident Pezeşkian tərəfindən yazılan məktub bin Səlmana təhvil verildi, o da bunu Trampa apardı. Tramp da bu məktuba müsbət yanaşdı”.

Kevakibiyanın sözlərinə görə, İran lideri Əli Xameneinin icazəsi ilə göndərilən məktubda “İranın ABŞ-la əvvəlcədən heç bir şərt irəli sürmədən müzakirəyə hazır olduğu” vurğulanıb. O, bu məktubun fonunda ölkəsinin “müharibə istəmədiyini” düşündüyünü qeyd edib.

Qeyd edək ki, ötən həftə Ağ Evdə ABŞ Prezidenti Tramp ilə görüşən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, ABŞ ilə İran arasında bir anlaşmaya nail olmaq üçün səylər göstərəcəklərini bildirib. Tramp isə belə cavab verib: “İran bir anlaşma etmək istəyir. Məncə bunu çox istəyirlər. Mən tamamilə açığam, onlarla danışırıq və proses başlayıb. İranla anlaşma gözəl olar… Məncə bunu çox istəyirlər”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi isə dünənki mətbuat konfransında, ABŞ Prezidenti Donald Trampın “müzakirəyə açıq olduğuna” dair açıqlamalarına münasibət bildirərək, “ABŞ-ın müzakirə məsələsində ciddi olmadığını” söyləyib.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa