Pezeşkiandan Ərdoğanla bağlı suala türkcə cavab

Birləşmiş Millətlər Təşkilatının 79-cu Baş Assambleyası öz işini davam etdirir.

Yenicag.az xəbər verir ki, BMT-nin Baş Assambleyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində səfərdə olan prezident Ərdoğanın “Türkevi”də qəbul etdiyi şəxslərdən biri də İran prezidenti Məsud Pezeşkian olub. İki liderin görüşü zamanı ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.

Məsud Pezeşkian və rəhbərlik etdiyi nümayəndə heyəti görüşün sonunda jurnalistlərlə görüşüb. Bu zaman CNN Türk-ün ABŞ nümayəndəsi Yunus Paksoy Pezeşkiana “Prezident Ərdoğanla görüşünüz necə keçdi?” – deyə soruşub. Pezeşkian suala türkcə “Sağ olun” cavabını verib.

Həmin anlar CNN Türk-də canlı yayımlanıb.

İsmayıl Bakuvi

COP29