Piyada hadisə yerində öldü

media-hightechnic-468x90

downloadŞəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Yenicag apa-ya istinadən məlumat verir ki, hadisə yanvarın 16-da səhər saat 10.00 radələrində şəhərin Bəxtiyar Vahabzadə küçəsində qeydə alınıb.

1988-ci il təvəllüdlü Şəki şəhər sakini Taleh Seyran oğlu Yusifov idarə etdiyi “VAZ 2107” markalı 10 RL 617 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1964-cü il təvəllüdlü Kəmalə Tacəddin qızı Əliyevanı vurub. Qəza nəticəsində ağır bədən xəsarətləri alan 51 yaşlı Kəmalə Əliyeva hadisə yerində ölüb.

Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

 

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05