Reklam: High Technic
hightechnic

PKK 70 nəfəri girov götürdü – Avtomobillər yandırıldı

8847Yenicag.az xəbər verir ki, Qars-Ərzurum-Iğdır avtomagistralında təxminən 70 sərnişini girov götürən terrorçular sərnişinləri buraxdıqdan sonra 1 avtobusu və 3 uzun yük avtomobilini yandırıb.

Əldə olunan məlumata görə terrorçular dünən gecə saatlarında Qars-Ərzurum-Iğdır avtomagistralını iki yerdən partladaraq istifadəyə yararsız hala salıblar.

Terrorçular daha sonra arada qalan bir sərnişin avtobusu və digər kiçik avtomobillərdə olan təxminən 70 nəfəri girov götürüblər. Təxminən iki saat sərnişinləri girov tutduqdan sonra sərbəst buraxan terrorçular, sərnişin avtobusunu və 3 yük avtomobilini yandırıblar.

Bölgədə genişmiqyaslı əməliyyat başladılıb.

www.yenicag.az

57