PKK lideri ilə görüşən heyətlə danışıqlar təxirə salındı

media-hightechnic-468x90

PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanla görüşmüş DEM Partiyasının heyəti ilə danışıqlar təxirə salınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç jurnalistlərə açıqlamasında bildirib.

Görüşün DEM Partiyanın həmsədri Sırrı Süreyya Önderin ötən gün infarkt keçirməsi və xəstəxanaya yerləşdirilməsi ilə əlaqədar olduğu bildirilib.

Qeyd edək ki, Sırrı Süreyya Önder 7 İyul 1962 anadan olub. O, 2006-cı ildə “Beynəlmiləl” filminin ssenaristi və rejissoru olub. Həmçinin “Sis ve Gece”, “Yeraltı” ,“Manyak”, “Mar” və.s filmlərdə aktyor və ssenarist kimi fəaliyyət göstərib./apa

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600