Poeziya Xəzrisi” Respublika bədii qiraət müsabiqəsinin qalibləri müəyyən olunub

media-hightechnic-468x90

Noyabrın 19-da Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Xalq şairi Nəbi Xəzrinin 100 illiyi münasibətilə təşkil etdiyi “Poeziya Xəzrisi” Respublika bədii qiraət müsabiqəsinin yekun mərhələsi keçirilib.

Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi, “Qanun” nəşriyyatı və “MİMTA” yayınlarının tərəfdaşlığı ilə reallaşan müsabiqənin seçim mərhələsində 50-yə yaxın namizəd iştirak edib. Onların arasından seçilən 14 iştirakçı münsiflər heyəti qarşısında öz bacarığını nümayiş etdirib.

Aktyor, Xalq artisti, professor Məmmədsəfa Qasımov, şair, yazıçı, dramaturq, ssenarist İlqar Fəhmi və Əməkdar artist, aktyor, bədii qiraət ustası, professor Azad Şükürovdan ibarət münsiflər heyəti tərəfindən qaliblər müəyyən olunub. Münsiflərin yekun qərarına əsasən, Anar Əhmədov I, Ramil Hüseynzadə və Hüseynağa Aslanov II, Səma Ağazadə (Muğanna) III yerlərə layiq görülüblər.

Qaliblər yaxın günlərdə keçiriləcək qala tədbirdə təltif olunacaqlar.

Qeyd edək ki, müsabiqə istedadlı qiraətçilərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, bədii qiraət sənətinə marağın artırılması, gənclərin bədii-estetik zövqünün zənginləşdirilməsi və Xalq şairi Nəbi Xəzri irsinin təbliğinə töhfə vermək məqsədilə təşkil olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa