!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Polad Bülbüloğlu Moskvadan Bakıya çağırılıb..." - Elmar Məmmədyarov

!Reklam – Yazi

“Biz öz mövqeyimizi tam olaraq Rusiyaya çatdırmışıq”.

Yenicag.az xəbər verir ki, bu fikirləri sabiq xarici işlər naziri Elmar Məmmədyarov demokrat.az-a verdiyi müsahibədə səsləndirib.

Elmar Məmmədyarov Rusiya Dövlət Dumasının üzvü Vladimir Jirinovskinin Azərbaycanla bağlı açıqlamalarının ciddi qəbul edilməməsinin tərəfdarı olduğunu vurğulayıb.

Sabiq səfir Jirinovski ilə bağlı Moskvadakı səfirimiz Polad Bülbüloğlunun Bakıya çağırılaraq təlimatlandırıldığını deyib:

“Məncə, onun açıqlamalarına fikir vermək lazımdır, amma ciddi qəbul etməməliyik. Bəziləri iddia edir ki, güya Jirnovski Rusiya rəhbərliyini sözlərini çatdırır. Amma mən inanmıram ki, Jirinovskinin bu çıxışında Putinin fikirləri olsun. Əgər Jirinovskinin əvvəlki çıxışları öz yerini tutsaydı, təsdiqlənsəydi, indi belə fikirləşmək olardı.

Azərbaycan tərəfi onun çıxışı ilə bağlı öz mövqeyini bildirdi. Bildiyim qədər, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvadan Bakıya çağrılaraq təlimatlandırılıb, bu məsələyə səfirimiz də öz etirazını bildirib. Biz öz mövqeyimizi tam olaraq Rusiyaya çatdırmışıq. Birmənalı şəkildə reaksiya verməli, mövqe bildirməliyik. Diplomatiyada bu cür fikirlərə reaksiya verməmək həmin fikirləri qəbul etmək kimi dəyərləndirilir. Biz də öz mövqeyimizi bildirməklə cavabımızı vermiş olduq. Amma soruşsanız ki, bununla nəsə dəyişdimi, düşünmürəm”.

www.yenicag.az

1560
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv