Polis erkən nikah və məişət zorakılığına qarşı tədbirləri davam etdirir – FOTOLAR

media-hightechnic-468x90

media-img_0142media-img_0140media-img_0141Polis əməkdaşları tərəfindən əhali arasında hüquqi maarifləndirmənin gücləndirilməsi məqsədilə erkən nikahın fəsadları və məişət zorakılığına qarşı mübarizə mövzularında tədbirlər ardıcıl şəkildə davam etdirilir.

Yenicag.az xəbər verir ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Şirvan, Hacıqabul, Cəlilabad, Göyçay, Göygöl, Şabran, İsmayıllı və Füzuli şəhər və rayonlarında ictimai yerlərdə vətəndaşlarla görüşlər keçirib, geniş izahat və məlumatlandırma işləri aparıblar.

Polis əməkdaşları vətəndaşlara erkən nikahların qanunvericiliklə qadağan olunduğunu və belə hallara yol verən şəxslərin məsuliyyət daşıdığını bildirib. Eyni zamanda, məişət zorakılığı ilə bağlı müdafiə mexanizmləri, müraciət qaydaları və zərərçəkmiş şəxslər üçün mövcud yardım imkanları barədə ətraflı məlumat verilib.

Tədbirlər zamanı maarifləndirici bukletlər paylanıb, bu cür görüşlərin cəmiyyətdə hüquqi məlumatlılığın artırılmasına və risklərin vaxtında qarşısının alınmasına mühüm töhfə verdiyi sakinlərin diqqətinə çatdırılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa