!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polisə tabe olmayan sərxoş avtobus sürücüsü – VİDEO

!Reklam – Yazi

Bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 10-cu tağımının əməkdaşları Hənifə Ələsgərov və Azadlıq prospektinin kəsişməsində 90 VX 692 dövlət npmrə nişanlı, 83 nömrəli avtobusa saxla işarəsi veriblər.

Lakin sürücü tabe olmayaraq hətta marşurutdan da çıxıb. YPX əməkdaşları avtobusu nəhayət saxlayıblar. Əvvəlcə sərnişinlər buna etiraz edib. Amma avtobusun sürücüsü Hətəmov Təbib Sədayət oğlunun hərəkətləri şübhə doğurduğu üçün onu tibbi müayinəyə dəvət ediblər. Müayinə zamanı sürücünün 2.5 promil sərxoş vəziyyətdə olduğu aşkar edilib. Sürücü bildirib ki, gecə saat 1 radələrində sipirtli içki qəbul edib. O, ərik arağı içdiyini etiraf edib.

Avtobusu isə qarajda yox, Beynəlxalq Avtovağzal ərazisində saxladığını, səhər tezdən isə tibbi müayinədən keçmədən işə çıxdığını bildirib.

Faktla bağlı araşdırma aparılıb, sürücü barəsində inzibati protokol tərtib edilib.

www.yenicag.az

3007
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv