!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polislər atəşə tutuldu: 2 nəfər öldü, 1 yaralı

!Reklam – Yazi

Qaraçay-Çərkəzdə patrul dəstəsi atəşə tutulub, iki polis ölüb, biri yaralanıb.

Yenicag.az xəbər verir ki, bu barədə aprelin 22-də Qaraçay-Çərkəz Respublikasının rəhbəri Rəşid Temrezov özünün “Telegram” kanalında yazıb.

O yazıb ki, bu gecə Karaçayevsk şəhərində cinayətkarlar Daxili İşlər Nazirliyinin Qaraçay-Çərkəz Respublikası üzrə çevik reaksiya qrupunun gündəlik növbətçiliyində olan dəstəsinə vəhşicəsinə hücum ediblər.

“Təəssüf ki, hücum nəticəsində polis patrul xidmətinin ayrı-ayrı rotasının mobil tağımının komandirinin müavini, polis leytenantı Murat Xasanoviç Kalaxanov və polis sürücüsü, polis serjantı Roman Sergeyeviç Quşçin hadisə yerində ölüblər. Qrupun tərkibində olan üçüncü polis yaralanıb və hazırda xəstəxanadadır”, – deyə məlumatda bildirilir.

Temrezov xidməti vəzifələrini yerinə yetirərkən həlak olan Qaraçay-Çərkəz Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının ailələrinə dərin hüznlə başsağlığı verib, həmçinin yaralanan əməkdaşın tezliklə sağalmasını arzulayıb.

Respublika başçısı bildirib ki, hazırda cinayətin törədilməsində iştirak edən şəxslərin müəyyən edilərək saxlanılması üçün “Siren” planı tətbiq edilib.

“Onlar vəziyyəti dərhal mənə bildirirlər. Əminəm ki, hüquq-mühafizə orqanları çevik və peşəkarlıqla işləyəcək və quldurların tapılması və törətdikləri cinayətə görə ən ağır cəzanı alması üçün əlindən gələni edəcək”, – deyə o əlavə edib.

COP29

www.yenicag.az

153
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv