Polo üzrə Avropa çempionatı 2020-ci ildə Azərbaycanda keçiriləcək

media-hightechnic-468x90

play-poloPolo üzrə Avropa çempionatı 2020-ci ildə Azərbaycanda keçiriləcək.

Yeniçağ.Az məlumat verir ki, bu barədə Azərbaycan Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq qitə yarışının Azərbaycanda keçirilməsi ilə bağlı Beynəlxalq Atçılıq Federasiyasının iclasında qərar qəbul edilib.

B.Nəbiyev polo üzrə Azərbaycan millisinin hazırda Argentinada təlim-məşq toplanışında olduğunu söyləyib: “Bizim çövkən oyunçularından ibarət polo üzrə milli komandamız var. Çövkən yarışları bizə polo üzrə milli komandaya yeni oyunçuların seçilməsinə imkan verir. Hazırda polo yığmamız Argentinada təlim-məşq toplanışı keçir. Bu yarışdan sonra bəzi oyunçular seçiləcək və komandanın ikinci heyəti formalaşacaq”.

Baş katib polo yığmasının 2018-ci ildə İtaliyanın Syena şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəyini də bildirib.

Yeniçağ.Az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa