Polşa daha bir Rusiya konsolluğunu BAĞLAYACAQ

media-hightechnic-468x90

Polşa Rusiya ilə diplomatik gərginliyi fonunda Krakovdakı Rusiya konsulluğunun fəaliyyətinə razılığı geri çəkib.

Yenicag.az RMF FM radiostansiyasına istinadla xəbər verir ki, bu barədə qərar 12 may səhər saatlarında xarici işlər naziri Radoslav Sikorski tərəfindən açıqlanıb.

Nazir bildirib ki, qərar Varşavadakı ticarət mərkəzində ötən il baş verən yanğının Rusiya xüsusi xidmət orqanlarının işi olduğuna dair sübutlarla bağlıdır.

Bu səbəbdən Rusiya səfiri Sergey Andreev Polşa Xarici İşlər Nazirliyinə çağırılıb və ona diplomatik nota təqdim edilib. Polşa tərəfi Krakovdakı konsulluğun bağlanması üçün Rusiyaya 30 günədək vaxt verəcək.

Qeyd edək ki, Polşa ötən il də Poznandakı Rusiya konsulluğunun fəaliyyətinə razılığı ləğv etmişdi. Qdansk şəhərindəki konsulluq isə fəaliyyətini davam etdirəcək.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə Varşavanın bu addımını “şüurlu şəkildə münasibətlərin dağıdılması” kimi qiymətləndirib və yaxın vaxtda adekvat cavab veriləcəyini bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600