!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polşadan diri quş və quş məhsullarının gətirilməsinə məhdudiyyət qoyuldu

!Reklam – Yazi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublika ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tədbirləri davam etdirir.

Agentlikdən Yenicag.az-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Polşanın Lyublinsk və Velikopolsk inzibati ərazilərində yüksək patogen quş qripi xəstəliyi müəyyən olunub.

“Bununla əlaqədar olaraq, yüksək patogen quş qripi xəstəliyinin qeydə alındığı Polşa Respublikasının inzibati ərazilərindən diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Polşa Respublikası ərazisindən respublikamıza gələn, yaxud qeyd edilən ərazilərdən tranzitlə keçən nəqliyyat vasitələrinin gömrük-sərhəd keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub”, – agentlikdən bildirilib.

www.yenicag.az

969
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv