Polşanın ilk təyyarəçi-kosmonavtı Şamaxıdadır

media-hightechnic-468x90

koplpŞamaxının millət vəkili Elxan Süleymanovun dəvəti ilə Azərbaycanda səfərdə olan Polşanın ilk təyyarəçi-kosmonavtı Miroslav Hermaşevski iyunun 4-də Şamaxıya səfər edib. Elə bu gün kosmonavtın Elxan Süleymanovun Şamaxı şəhərindəki qərargahında millət vəkili ilə görüşü olub. Qonağı səmimiyyətla salamlayan millət vəkili ona Şamaxının tarixi, rayonda həyata keçirilən quruculuq işləri barəsində ətraflı məlumat verib.

M.Hermaşevski Bakıda və Şamaxıda gördüklərinin onda böyük təəssürat yaratdığını vurğulayıb. Daha sonra Elşən Hüseynov adına Şamaxı şəhər 2 saylı tam orta məktəbdə müəllim və şagirdlərin Polşanın ilk kosmonavtı ilə görüşü baş tutub.
Polşalı qonaq Kosmasa uçuşundan, təyyarəçilik peşəsinin sirlərindən danışıb, məktəblilərin suallarını cavablandırıb. Görüşdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev də iştirak edib.

Bu gün M.Hermaşevskinin Şamaxı Astrofizika Rəsədxanasında görüşünün keçirilməsi də nəzərdə tutulub.

Xatırladaq ki, Miroslav Hermaşevskinin müəllifi olduğu “Çəkisizliyin yükü” kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin  Tərcümə Laboratoriyası tərəfindən Azərbaycan dilinə tərcümə olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600