“PolskaTimes” Azərbaycan haqqında yazdı
Polşanın nüfuzlu “PolskaTimes” xəbər saytında Azərbaycan haqqında məqalə dərc olunub.
Məqalədə Polşa Azərbaycan diplomatik əlaqələrindən bəhs edilir .Dörd pilləli məqalənin müəllifi ,Polşada Azərbaycan diasporunun fəal üzvi Nail Əhməd bildirib ki məqalənin birinci hissəsində 15 ci esrde Uzun Həsənlə Polşa Hökmdarı Yagollanın sıx diplomatik münasibətlərindən bəhs edilir .İkinci hissədə isə Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadə ilə Polşanın Lideri Jozef Pilsudski ilə fransızca məktublaşaraq ,diplomatik əlaqələrin dərinləşməsindən danışılır .
Üçüncü mərhələdə isə 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Polşaya rəsmi səfəri ikitərəfli münasibətləri tənzimləyən hüquqi-normativ bazanı genişləndirməklə, qarşılıqlı əməkdaşlığı daha da möhkəmləndirilməsindən bəhs edilir.Bunun nəticəsi idi ki 1999-cu ilin oktyabrında Polşa Prezidenti A.Kvasnevskinin Azərbaycana rəsmi səfər etdi və 2000-ci ildə Milli Məclisdə Azərbaycan – Polşa parlamentlərarası işçi qrupunun yaradıldı.
Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ilin martında Polşaya ilk səfəri məqalənin dördüncü pilləsində dayanır. bu səfər zamanı imzalanan sənədlər iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə böyük zəmin yaratdı. Polşa ilə Azərbaycan arasında müdafiə, gömrük və iqtisadi sahədə əməkdaşlıq barədə sazişlərin imzalanması Azərbaycanın Avropaya inteqrasiyasının daha da sürətləndirilməsində böyük rol oynamışdır.
Qeyd : Məqalənin tam forması Linkdə
http://www.polskatimes.pl/artykul/3724162,relacje-polskoazerbejdzanskie-rys-historyczny,id,t.html