Poroşenko rəhbər və mətbuat katibi təyin etdi
Ukraynanın yeni prezidenti Pyotr Poroşenkonun administrasiyasının rəhbəri UMN qoup holdinqinin keçmiş sahibi Boris Lojkin təyin olunub. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı bu gün fərman imzalayıb. Lojkin bu vəzifədə Sergey Paşinskini əvəzləyəcək. 42 yaşlı yeni administrasiya rəhbəri UMN qroupun (Ukrayna Media Hpldinqi) yaradıcıdır və bu holdinq “Forbes Ukraina”, “Korrespondent”, “Vogue”, “Komsomolskaya pravda na Ukraine”, “Arqumentı v Faktı v Ukraine”, “Telenedelya” nəşrlərini buraxır. Lojkin və tərəfdaşları holdinqi 2-13-cü ildə Sergey Kurçenkoya satıblar.
Digər məlumata görə, Ukrayna prezidenti bu gün 2005-ci ildən “Kanal 5”də işləyən jurnalist Svyatoslav Tseqolkonun özünə mətbuat katibi təyin edib.