Poroşenko: “Trampla görüş barədə razılığa gəldik”

media-hightechnic-468x90

Ukrayna prezidenti Pyotr Poroşenko Donald Trampın andiçmə mərasimindən sonra ABŞ-a səfər edərək onunla görüşəcəyini bildirib.

Yeniçağ.Az xəbər verir ki, P. Poroşenko bunu “Bloomberg“ə müsahibəsində deyib. O, bu barədə Trampla razılığa gəldiklərini söyləyib: “Mən seçkidən sonra Trampa telefon edən ilk liderlərdən biri oldum. Biz görüş barədə razılığa gəldik”.

P. Poroşenkonun sözlərinə görə, Rusiyaya tətbiq olunmuş sanksiyalar yalnız o vaxt götürülə bilər ki, bu ölkə öz qoşunlarını Ukraynadan çıxarsın və Ukrayna ərazilərinin işğalına son qoysun.(APA)

Yeniçağ.Az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa