!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Poroşenko: Ukraynanın Donbasdan imtinası sülhə gətirib çıxarmayacaq

!Reklam – Yazi

Ukrayna Donbasdan və onun sakinlərindən imtina etməməlidir, belə strategiya ölkənin şərqində sülhə gətirib çıxarmayacaq

Yeniçağ.Az xəbər verir ki, bunu Ukrayna prezidenti Petr Poroşenko bəyan edib.

P. Poroşenko deyib ki, Ukraynada xəlvət və sakit formada Donbasdan və onun sakinlərindən imtina edilməsini istəyən siyasi qüvvələr var. Bu ideyanı qəbuledilməz sayan P. Poroşenko torpaqlardan imtinanın sülhə gətirməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Ukrayna Ali Radasının bir neçə deputatı rəsmi Kiyevi nəzarətdən kənarda olan Luqansk və Donetsk vilayətlərinin ərazilərinə iqtisadi blokada tətbiq etməklə kifayətlənməməyə, faktiki onlardan imtina etməyə çağırıb. Məsələn, keçən ilin dekabrında deputat Semen Semençenko Ali Radaya Luqansk və Donetsk vilayətlərinin nəzarət edilməyən ərazilərinin müvəqqəti təcrid edilməsini və güclü təhlükəsizlik zolağı yaradılmasını təklif edib. (APA)

Yeniçağ.Az

www.yenicag.az

541
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv