Poroşenkodan yeni qərar

media-hightechnic-468x90

porosenko azUkrayna prezidenti Pyotr Poroşenko Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarına rus dili və ya istənilən dildən istifadə hüququ təklif edib.

media-banner_tkm

Bu barədə münaqişənin nizamlanması üçün hazırlanmış yeni qanun layihəsində qeyd olunub.

Qanun layihəsinə görə, sözügedən vilayətlərdə müəyyən rayonlara ictimai və şəxsi həyatda rus dilindən və ya başqa istənilən dildən istifadə hüququ veriləcək.

Bundan başqa, Ukrayna Donbas bölgəsinin sosial-iqtisadi rifahını yüksəltməyə zəmanət verir.

Qeyd edək ki, bu yaxında Poroşenko Donetsk və Luqansk vilayətlərində üç il müddətində xüsusi idarəetmə formasını seçmək hüququ və hökumətə qarşı döyüşmüş silahlılara amnistiya verməyi təklif edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05