Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Premyer Liqada yadda qalan dava – Rəqibinə sillə vurdu – VİDEO

Reklam: Sinerji Pro

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Premyer Liqasında 20-ci turuna yekun vurulacaq. Son oyun günündə də iki görüş keçirilir.

Liderlərdən “Qəbələ” səfərdə “Kəpəz”in qonağı olub. “Qarabağ” isə doğma meydanda “İnter”lə münasibətlərinə aydınlıq gətirəcək.

Ancaq turun son günü də ilk gün kimi dava ilə yadda qalıb.
Belə ki, Azərbaycan Premyer Liqanın 20-ci turunda “Kəpəz”-“Qəbələ” oyununda futbolçular arasında dava düşüb. Oyunun 38-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Nika Kvekveskiri meydan sahiblərinin oyunçusu Nicat Qurbanova qarşı kobudluq edib. Bundan sonra futbolçular arasında dava düşüb. Belə ki, gürcü futbolçu Nicatı itələyib, o da buna cavab olaraq “Qəbələ”li futbolçunu sillə vurub. Davanın qızışdığını görən baş hakim Əliyar Ağayev hər iki futbolçuya birbaşa qırmızı vərəqə verib, meydandan qovub.

Qeyd edək ki, dünən “Zirə” – “Sumqayıt” matçından sonra da insident baş verimişdi. Final fitindən sonra qonaqların kapitanı Vurğun Hüseynov meydan sahiblərinin futbolçusu Yovan Krnetanın üzərinə hücum edib. Serbiyalı legioner buna ciddi əhəmiyyət verməsə də, Hüseynovu komanda yoldaşları və rəqib oyunçular çətinliklə sakitləşdirə bilib.

Yeniçağ.az

www.yenicag.az

507