Prezident açılışda iştirak edib

media-hightechnic-468x90

скачанные файлыAzərbaycan prezidenti İlham Əliyev Cəlilabad rayonuna səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Dövlət başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar, fəxri diplomlar və digər sənədlər sərgilənir. Burada həmçinin 110 kv.m sahəsi olan sərgi salonu, qrim otağı, 700 yerlik böyük və kiçik konfrans zalları, amfiteatr, yeni ailə quranlara psixoloji məsləhət, ana və uşaq, geyim, milli rəqs, mərkəzi idarəetmə otaqları var.

Mərkəzdə məntiqi təfəkkür kursu, şən və hazırcavablar klubu, kompyuter kursu-virtual sinif, xarici dil kursları, rəsm studiyası-heykəltəraşlıq, gimnastika və aerobika otaqları, müasir formatlı 3D kinozal, fotostudiya, nikah salonu, gənclər klubu, adi və elektron kitabxanalar, xalça və tikiş otaqları, internet kafe də fəaliyyət göstərəcək.

Sonra prezident İlham Əliyev burada istirahət edən rayon sakinləri ilə görüşüb. Sakinlər göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər(APA).

media-ziraat-728x90

Prezident açılışda iştirak edib

media-hightechnic-468x90

imagesAzərbaycan prezidenti İlham Əliyev Xırdalan şəhərində musiqi məktəbinin açılışında iştirak edib.

Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsdikdən sonra məktəblə tanış olub.

Məktəbdə bütün siniflər musiqi alətləri ilə təchiz olunub. Müəllimlər üçün də yüksək iş şəraiti yaradılıb. Kitabxana zəruri musiqi ədəbiyyatı ilə təchiz olunub. 82 nəfərlik akt zalında müxtəlif tədbirlərin, konsert proqramlarının keçirilməsi üçün bütün imkanlar var.

Dövlət başçısı həmçinin Xırdalan şəhərində şahmat məktəbinin açılışında iştirak edib. Şahmat məktəbində yaradılan şəraitlə tanış olan dövlət başçısına məlumat verilib ki, burada məşq otaqları və digər əlavə otaqlar var. Otaqlardakı kompüterlər xüsusi şahmat proqramları ilə yüklənib. Şahmat məktəbi müasir maddi-texniki baza ilə təchiz edilib. Məktəbdə yarış zalı da var. Burada şahmatla peşəkar səviyyədə məşğul olmaq məqsədilə bütün zəruri əyani vəsaitlər mövcuddur. Prezident İlham Əliyevə məlumat verilib ki, məktəbin əsas vəzifəsi idmanın bu intellektual növünün kütləviliyini, şagirdlərin asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdir.

Prezident İlham Əliyev Xırdalan şəhərində yaradılan “Park Abşeron” əyləncə mərkəzinin açılışında da iştirak edib. Dövlət başçısına məlumat verilib ki, 1400 kv. m ərazisi olan əyləncə mərkəzində buz meydançası yaradılıb. Bu da həm uşaqlar, həm də gənclər üçün maraqlı istirahət imkanı yaradır. Bundan əlavə, mərkəzdə 3D sinema, kafe, 3D tir otağı, boulinq zalı fəaliyyət göstərir. Yay kafesinin də olduğu mərkəzdə yerli əhalinin və qonaqların istirahətinin təşkili üçün bütün imkanlar var.

Prezident İ. Əliyev həmçinin Abşeron rayonunun Masazır qəsəbəsində inşa olunan stadionun açılışında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, Masazır qəsəbəsindəki stadion beynəlxalq standartlar nəzərə alınaraq inşa olunub və tikinti işləri ən yüksək səviyyədə həyata keçirilib. 13 min tamaşaçı yeri olan bu idman qurğusunda mətbuat, məşqçi, tibb və dopinq-test otaqları var.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600