Tramp Türk mətbəxinə HEYRAN QALDI: "10 üzərindən 12 ballıq ziyafət idi"

media-hightechnic-468x90

Ankarada keçirilən NATO Zirvəsi çərçivəsində Beştəpədə liderlərin şərəfinə verilən rəsmi şam yeməyi ABŞ Prezidenti Donald Trampın böyük bəyənisini qazanıb. Menüdəki yerli təamlara heyran qalan Tramp mətbuat konfransında ziyafətə təriflər yağdıraraq, “Həqiqətən 10 üzərindən 12 ballıq idi” ifadələrini işlədib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Ankaradakı NATO Sammitinə sərt siyasi çıxışları və liderlərə yönəlik bəyanatları ilə damğa vuran ABŞ Prezidenti Donald Tramp Beştəpədəki rəsmi şam yeməyindən sonra Türk mətbəxinə adeta heyran qalıb.

Zirvə çərçivəsində təşkil edilən mətbuat konfransında sualları cavablandıran Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə baş tutan ziyafətdən məmnunluğunu gizlətməyib:

“Dünən Prezident Ərdoğanla şam yeməyində bir araya gəldik. Həqiqətən 10 ballıq, bəlkə də 12 ballıq bir yemək idi. Hər şey çox gözəl idi…”

ABŞ Prezidenti şam yeməyinə keçməzdən əvvəl də Külliyənin girişində onu qarşılayan Mehtəran Birliyinə tərəf dönərək əli ilə “bəyənmə” işarəsi göstərib.

Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın liderlərin şərəfinə verdiyi qapalı ziyafətdə Türkiyənin 9 fərqli bölgəsindən seçilmiş ən xüsusi coğrafi nişanlı təamlar təqdim olunub.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05