!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident bu nazirləri “göndərir” – Kardinal dəyişiklik

!Reklam – Yazi

Ilham_Aliyev_1601139t26Hakim düşərgə yeni kadr dəyişiklikləri gözləntiləri ilə yaşayır. 1 noyabr parlament seçkilərindən sonra yeni təyinatlar barədə qərar verəcəyi gözlənilir. Əldə etdiyimiz məlumata görə, İqamətgahın kuluar müzakirələrində əsas mövzu da məhz kadr dəyişiklikləridir.

 

Xalq da, Azərbaycanda ciddi marağı olan qüvvələr də, hakimiyyətdən məntiqi dəyişikliklərin davamını tələb edir. Eyni zamanda hakimiyyətdaxili klanlar da dəyişiklik tərəfdarıdırlar.

 

Məlumatlı mənbə vəzifəsini itirəcək kadrlardan biri kimi energetika naziri Natiq Əliyevin adını çəkdi.

 

Ondan başqa Xarici İşlər naziri Elmar Məmmədyarovun, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri  Kərəm Həsənovun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun kreslo itkisi ilə üzləşəcəyini bildirdi.

 

Bundan başqa baş nazirin müavinləri Elçin Əfəndiyev və Abid Şərifovun da vəzifələrini itirəcəkləri vurğulanır.

 

Qeyd olunur ki, məmur övladları ilə bağlı açıqlamalarına görə, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun da “vurulması” gündəmdədir. Fəqət rəqiblər hələlik bununla bağlı üstünlük əldə edə bilməyiblər.

 

Yenicag.az

www.yenicag.az

880
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv