Prezident fərman imzaladı

media-hightechnic-468x90

Prezident İlham Əliyev “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Yenicag.az fərmanın mətnini təqdim edir:

1. “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın tələblərinə uyğun olaraq sahibkarların məhsullarının satışını təşviq etmək məqsədilə zəruri tədbirlər görsün.

media-ziraat-728x90

Prezident fərman imzaladı

media-hightechnic-468x90

ilhameliyevesas5Azərbaycan prezidenti İlham Əliyev “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Dəyişiklikdə bildirilir ki, I bənd üzrə:

“texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılmasını” və “barəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilən mobil rabitə istifadəçisinin baza antenaları üzrə yeri (yerdəyişməsi) haqqında məlumatların və telefon danışıqları apardığı şəxslərin siyahısının texniki rabitə kanallarından və digər texniki vasitələrdən real vaxt rejimində çıxarılmasını həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi” sözləri çıxarılsın;

üçüncü abzasda “qulaqasmanı” sözündən sonra “texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılmasını” sözləri əlavə olunsun;

IV bənddən “və bu tədbirlərin keçirilməsini təmin edən avadanlıqların istismarını” sözləri çıxarılsın və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikasının Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri tərəfindən avtonom rejimdə istismar olunan avadanlıqlar tətbiq edilməklə həyata keçirilir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600