Prezident İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

media-hightechnic-468x90

Martın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Yenicag.az President.az-a istinadən xəbər verir ki, Pakistanın Baş naziri dövlətimizin başçısını və Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edərək, ən xoş arzularını çatdırıb.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev öz növbəsində Məhəmməd Şahbaz Şərifi və Pakistan xalqını bayram münasibətilə təbrik edib, qardaş Pakistana firavanlıq və ruzi-bərəkət arzulayıb.

Pakistanın Baş naziri təbriklərə görə təşəkkürünü bildirib.

Məhəmməd Şahbaz Şərif bu il ölkəmizə dövlət səfərini və Prezident İlham Əliyev ilə apardığı müzakirələri məmnunluqla xatırlayıb, səfər çərçivəsində verilmiş tapşırıqlara uyğun olaraq aidiyyəti dövlət qurumları tərəfindən ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində fəaliyyətin davam etdirildiyini qeyd edib.

Telefon söhbəti zamanı Azərbaycan Prezidenti və Pakistanın baş naziri ölkələrimiz arasında iqtisadi, ticarət, enerji, sərmayələr və digər sahələrdə əməkdaşlığın inkişafına dair müzakirələr aparıblar.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600