Azərbaycan prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun sədri Klaus Şvab ilə görüşüb.
Yenicag.az apa-ya istinadən bildirir ki, Klaus Şvab Dünya İqtisadi Forumu ilə Azərbaycan arasındakı əməkdaşlığı yüksək qiymətləndirərək prezident İlham Əliyevin Forumda iştirakının əhəmiyyətli olduğunu deyib.
Dövlət başçısı Dünya İqtisadi Forumu ilə ölkəmiz arasındakı əməkdaşlıqdan məmnun qaldığını, əlaqələrimizin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib. Azərbaycan prezidenti bu Forumun bütün iştirakçı tərəflərə əməkdaşlığı daha da genişləndirmək üçün şərait yaratdığını vurğulayıb.
Söhbət zamanı Azərbaycanın beynəlxalq əməkdaşlıq sahəsində qazandığı uğurlar və onun perspektivləri, ölkədə qeyri-neft sektorunun inkişafı, qlobal böhran və onunla bağlı proseslər ətrafında fikir mübadiləsi aparılıb.