Prezident London merini qəbul edib

media-hightechnic-468x90

28bd9edb78f64385a57e253078baf317Azərbaycan prezidenti İlham Əliyev London şəhərinin Lord meri Alderman Alan Yarrounun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

A. Yarrou ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyib.

O, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin önəmini qeyd etdi. Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi və konfransında iştirak edəcəyini bildirən Alderman Alan Yarrou tədbirdə ölkəsinin Baş naziri adından çıxış edəcəyini vurğulayıb.

Azərbaycan prezidenti ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə yaxşı tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu deyib. Dövlət başçısı beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi və konfransının artıq ənənəvi olaraq hər il keçirildiyini və tədbirə marağın ildən-ilə artdığını məmnunluqla qeyd edərək Böyük Britaniya baş nazirinin sərgi və konfransa göstərdiyi diqqəti yüksək qiymətləndirib. Son illər ölkəmizdə gedən sürətli inkişaf proseslərinə toxunan dövlət başçısı paytaxtda böyük quruculuq işlərinin həyata keçirildiyini, müasir infrastrukturun və istirahət obyektlərinin yaradıldığını bildirib.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində BP-nin xüsusi rolu vurğulanıb və əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu diqqətə çatdırılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600