Prezident Ofisi: “Ukrayna danışıqlarda Rusiyadan qoşunlarını Donbas və Krımdan çıxarmasını tələb edir”

media-hightechnic-468x90

“Ukraynanın nümayəndə heyəti danışıqlarda Rusiyadan qoşunlarını Krım və Donbasdan çıxarmasını tələb edir”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu “Current Time”a açıqlamasında Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib.

O, paytaxt Kiyevdə Ukrayna Ordusunun üstünlük əldə etdiyini açıqlayıb:

“Təsdiqlənmiş hesablamalara görə, səhərdən saat 14.00-a qədər İrpen-Jitomir avtomobil yolunda 200-dən çox müxtəlif texnika məhv edilib və ya zədələnib.

İlahi, onları Kiyev yaxınlığında necə darmadağın etməyimizi bir bilsəniz!”, – O.Arestoviç feysbukda yazıb.

Qeyd edək ki, hazırda Belarusun Ukrayna ilə sərhəd bölgəsindəki Qomel vilayətində rəsmi Kiyev və Moskva arasında danışıqlar gedir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05