!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Prezident olmaq istəyirsinizsə..." - AAK-dan Fizuli Məmmədova cavab

!Reklam – Yazi

Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Fizuli Məmmədov musavat.com-da məqalə ilə çıxış edərək, AAK rəhbərliyinə, konkret olaraq, prezident Sahil Qasımova qarşı ciddi iddialar irəli sürmüşdü.

Avropa Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov cavab olaraq aşağıdakı məqaləni yazıb:

AAK İdarə Heyətinin bu məsələ ilə bağlı bəyanatında Ümumdünya Azərbaycanlılar Mədəniyyət Fondunun prezidenti Füzuli Məmmədovun ittihamlarına geniş cavab verilib.

AAK İdarə Heyətinin yaydığı bəyanatın əvvəlində qurumun həyata keçirdiyi fəaliyyət haqqında qısa məlumat verilib və Barselonada baş tutmuş görüşlərə toxunulub:

“Avropa Azərbaycanlılar Konqresinin (AAK) İdarə Heyəti İspaniyanın Barselona şəhərində rəsmi şəxslərlə keçirdiyi görüşlər haqqında müxtəlif media orqanlarına məlumat verib. Barselona şəhərində keçirilmiş görüşlər barəsində AZƏRTAC Dövlət İnformasiya Agentliyi və digər nəşrlər məlumat yayıblar.

Qeyd edirik ki, AAK İH üzvləri Barselonada Kataloniya separatçıları ilə deyil, İspaniya mərkəzi hakimiyyətinin təyin etdiyi ispan əsilli yüksək rütbəli məmurlarla görüşüblər. Diqqətinizə çatdırmaq istərdik ki, Barselonada sadəcə, katalonlar yox, müxtəlif millətlərin nümayəndələri, o cümlədən Azərbaycan icmasının təmsilçiləri də yaşayır və fəaliyyət göstərirlər.

AAK İH üzvləri Kataloniyanın Baş prokuroru Fransisko Santos ilə görüşdə erməni əsilli 142 qanqsterin həbs edilməsinə görə ona təşəkkür ediblər. Analoji görüşlər İspaniya Müdafiə Nazirliyinin Kataloniya üzrə təmsilçisi polkovnik Luis Novella və Kataloniya Ali Məhkəməsinin sədri Antonio Kordova ilə də baş tutub.

”AAK İH üzvləri Barselonada Kataloniya separatçıları ilə deyil, İspaniya mərkəzi hakimiyyətinin təyin etdiyi ispan əsilli yüksək rütbəli məmurlarla görüşüblər”

Həmin görüşlərdə AAK İH üzvlərinin İspaniyanın tanınmış hüquqşünası Xavyer Ortiz müşayiət edib. Qeyd olunan görüşlər zamanı Heydər Əliyev Fondunun Azərbaycana həsr olunmuş kitabları adları çəkilən şəxslərə təqdim olunub. Xüsusi olaraq bildiririk ki, AAK İH üzvlərinin görüşdükləri adları çəkilən şəxslər Azərbaycanın yaxın dostlarıdırlar və istər Xocalı soyqırımının anım günlərində, istərsə də Qarabağ münaqişəsi ilə bağlı keçirilən tədbirlərdə hər zaman Azərbaycan icmasının yanında olublar.

Xatırlatmağı lazım bilirik ki, “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” adlı beynəlxalq konfrans ilk dəfə 2017-ci il noyabrın 20-də Brüsseldə Avropa Azərbaycanlıları Konqresinin (AAK) təşkilatçılığı ilə baş tutub və Separatizmə qarşı Beynəlxalq Mərkəz də məhz həmin tədbirdə yaradılıb”.

Bəyanatda daha sonra Füzuli Məmmədovun AAK-ın ünvanına irəli sürdüyü ittihamlara cavab verilib: “Cənab Füzuli Məmmədov iddia edir ki, AAK-da 20-yə yaxın vitse-prezident var. Füzuli müəllim, siz heç olmasa, AAK rəhbərliyində təmsil olunan şəxslərin sayını, adlarını, onların hansı ölkədə fəaliyyət göstərdiklərini bilirsizmi? AAK İdarə Heyətinin 15 nəfər üzvü var və onlardan 6 nəfəri vitse-prezident, 1-i isə 1-ci vitse-prezidentdir. AAK-ın təşkilatı strukturu haqqında sizin məlumatınız var? Yoxdur. Çünki Siz AAK-la əlaqəni çoxdan itirmisiniz.

AAK prezidentindən hesabat istəyirsiniz. Sizə xatırladırıq ki, AAK prezidenti Sahil Qasımov qurumun cəmi bir neçə ay əvvəl Amsterdamda keçirilmiş növbədənkənar qurultayında ətraflı hesabatla çıxış edib. O zaman Siz harada idiz? Prezidenti olduğunuz Ümumdünya Azərbaycan Mədəniyyət Fondu (ÜAMF) Avropa Azərbaycanlılar Konqresinin mövcud rəhbərliyinin dövründə – yəni 01.03.2017-ci ildən bu günə qədər AAK-a heç bir maliyyə yardımı göstərməyib. Bunu Sizə rəsmi qaydada bildiririk. Əksini sübut etmək istəyirsizsə, buyurun.

AAK fəaliyyətinin bütün xərclərini, o cümlədən Brüsseldə Baş Mənzil-Qərargahın saxlanılması, Avropanın müxtəlif ölkələrində görüş və toplantıların keçirilməsi, nəqliyyat, kommunikasiya və digər işlər üçün tələb olunan maliyyə vəsaitini AAK prezidenti Sahil Qasımov və İdarə Heyəti üzvlərinin ianələri hesabına təmin edir. Ancaq sizin adınız bu siyahıda yoxdur. Sizin 01.03 2017-ci il tarixindən əvvəl etmiş olduğunuz hər hansı yardımın AAK-ın yeni prezidenti və İdarə Heyəti ilə əlaqəsi yoxdur”.

Biz AAK olaraq Füzuli Məmmədovun AAK-ın seçkili orqanlarının müəyyənləşməsi prosedurlarına dair iddialarını da cavablandırmışıq: “Diqqətinizə çatdırırıq ki, AAK prezidentinin “Facebook” və digər sosial şəbəkələrdə hesabı yoxdur və heç vaxt olmayıb. AAK-ın “Facebook” və “Twitter” hesabları isə İdarə Heyətinin üzvləri tərəfindən tənzimlənir. Yəni iddia etddiyiniz reklam mövzusunun da heç bir əsası yoxdur.

Son olaraq, Füzuli Məmmədova bunu demək istəyirik: qurumun Nizamnaməsinə əsasən, AAK prezidenti 3 ildən bir seçilir və növbəti seçkilərdə namizədliyinizi irəli sürə bilərsiz. Bundan ötrü intriqalara baş vurmaq sizin nə yaşınıza, nə də statusunuza yaraşmır. Siz AAK-la əlaqələrinizi çoxdan itirmisiz. Əks halda, mənsub olduğunuz bir qurumla media vasitəsilə əlaqə saxlamaz, itirdiyiniz rabitəni mediada anonim qaydada AAK rəhbərliyinə böhtan ataraq, ləkələməklə bərpa etməyə çalışmazdınız.

”AAK İH üzvləri Kataloniyanın Baş prokuroru Fransisko Santos ilə görüşdə erməni əsilli 142 qanqsterin həbs edilməsinə görə ona təşəkkür ediblər”

Siz AAK-ın son ilyarım ərzində keçirdiyi tədbirlərdə nəinki iştirak etməmisiz, hətta o tədbirlərin baş tutmasını əngəlləməyə çalışmısız. Qatıldığınız tədbirlər isə sadəcə, Qurultay və və Kiyev toplantısı ilə məhdudlaşıb. Həmin tədbirlər zamanı isə AAK üzvləri ilə eyni oteldə qalmağı özünüzə yaraşdırmamısız…

Diapora qurumları arasında hazırda güclü fəaliyyəti ilə seçilən yalnız Avropa Azərbaycanlıları Konqresidir. Sizin kimi insanların sayəsində Ümumrusiya Azərbaycanlılar Konqresi, Dünya Azərbaycanlılar Konqresi və bir sıra iri diaspora təşkilatları artıq meydanda yoxdur. Yolumuzdan çəkilin ki, AAK intriqalardan və qruplaşmalardan kənar qalaraq, öz fəaliyyətini normal şəkildə davam etdirsin. Liderlik iddiasında olan sizin kimi şəxslər mütləq prezident olmalıdır kimi bir qayda mövcud deyil. Gəlin, dünyanı və xüsusilə də düşmənlərimizi özümüzə güldürməyək. Bununla da bütün dedi-qodulara nöqtə qoyulsun, medianı zəbt etməyin”.

Müəllifin qeydi: Bu fotolar AAK üzvlərinin görüşdükləri kataloniyalı rəsmilərdir. Hansılar ki, illərdir anım günlərində Barselonadakı Azərbaycan icmasının yanındadırlar.

COP29

www.yenicag.az

2489
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv