Prezident postunu tərk edib

media-hightechnic-468x90

82522Burkina-Faso prezidenti Blaise Kompaore postunu tərk edib.
Ölkə ordusunun rəsmisi, polkovnik Baş Qərargahın qarşısına toplaşan 10 minlərə nümayişçiyə Kompaorenin artıq hakimiyyətdə olmadığını bəyan edib.

Qeyd edək ki, artıq 27 ildir ki hakimiyyətdə olan prezindentin konstitusiyada dəyişiklik etmək istəməsi paytaxt Uaqaduquda nümayişlərə səbəb olmuş, polislə mitinq iştirakçıları arasında toqquşma yaşanmışdı.

Hökuməti buraxan prezident ölkədə fövqəladə vəziyyət elan etmişdi.

Bəzi KİV isə baş verənləri hərbi çevriliş olaraq qiymətləndirirlər və prezident Kompaorenin Qanaya qaçmaq istədiyini qeyd ediblər. (qafqazinfo.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600