Prezident və xanımı idmançıları təbrik etdi

Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında 3-cü qızıl medalını qazanan Raman Salehi təbrik edib.

Dövlət başçısı bununla bağlı “Twitter”dəki hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Tokio-2020” Yay Paralimpiya Oyunlarında 3-cü qızıl medalını qazanan Raman Salehi bir daha səmimi qəlbdən təbrik edirəm!”.

***

Birinci vitse-prezident Mehriban Əliyeva Tokio 2020 Yay Paralimpiya Oyunlarında üçüncü qızıl medalını qazanan azərbaycanlı idmançı Raman Salehi təbrik edib.

Birinci vitse-prezident bununla bağlı “Instagram” hesabında paylaşım edib. Paylaşımda deyilir:

“”Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycanın qızıl medallarının sayı 12-yə çatdı! Paralimpiyaçımız Raman Salehi 3-cü medalını qazanması münasibətilə təbrik edirəm! Azərbaycanı Paralimpiadada layiqincə təmsil edən milli yığmamıza səmimi-qəlbdən təşəkkür edir, bütün idmançılarımıza yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”.