Prezidentdən Qarabağ və Şərqi Zəngəzurla bağlı FƏRMAN

media-hightechnic-468x90

Prezident İlham Əliyev “Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 19 mart 2019-cu il tarixli fərmanında dəyişiklik edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Komitənin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Bakı şəhəri ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində də yol və mühəndis-kommunikasiya xətləri üçün trasları müəyyən etmək, səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasına dair rəy hazırlamaq vəzifələri verilib.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05