Prezidentə qarşı çamur savaşı: Məğlubu güzgüdə görənlərin hekayəsi

media-hightechnic-468x90

Tarix boyu bu torpaqlarda bir qayda olub. Yazılmamış, amma hamının qəbul etdiyi bir qanun. Düşmən ola bilərsən, qan davan belə ola bilər, ölüm-dirim savaşı da apara bilərsən, amma ailəyə toxuna bilməzsən. Qadını hədəf etməməlisən. Qərb toplumunun qanmadığı “kişi kimi mübarizə” də, insani dəyərlərin ən alisi də tam da budur.

media-banner_tkm

Çünki insan əvvəlcə insanlığı öyrənməli, o dəyərləri bilməlidir. Sonra siyasətçi, sonra rəqib, sonra düşmən olmaq bir seçimdir. İnsanlığın ölçüsü də məhz bu həddə dayanır – ailəyə əl uzadıb-uzatmamaqda.media-img-20260329-wa0008

Tariximiz bunun saysız nümunələri ilə doludur. O nümunələrdən biri də sovet zülmündən qaçan Kərbəlayi İsmayılın hekayəsidir. Hamilə gəlinini Arazın buz kimi suyundan keçirə bilməyəcəyini anlayanda onu öz oğlunun qatili olan qan düşməninə əmanət edir. Çünki bilirdi: düşmən də olsa, kişi kişinin namusuna toxunmaz.

Gəlin uşağını dünyaya gətirir. Düşmən sözünün üstündə dayanır. Əmanəti sahibinə çatdırmaq üçün yola çıxır. Və o yolda öz oğlu sovet gülləsi ilə öldürülür. Amma yenə də geri dönmür. Əmanəti yarımçıq qoymur. Qanını verir, sözünü yerə salmır.media-img-20260329-wa0007

Biz o kişilərin soyundan gəlirik. Əmanəti canından üstün tutanların soyundan. Düşməninə belə namus etibar edənlərin nəslindən.

İndi isə baxın bu gün baş verənlərə. Bir dövlət başçısını, bir kişini, bir lideri ailəsi ilə vurmağa cəhd edirlər. Siyasət, mübarizə, söz azadlığı adı altında namusu hədəfə çevirirlər.

Bu, mübarizə deyil.

Ailə ilə vurmaq cəsarət deyil.

Ailə ilə vurmaq qəhrəmanlıq deyil.

Ailə ilə vurmaq sadəcə dəyərlərə tüpürməkdir.

Fərqi yoxdur, istər prezidenti, istərsə də sadə vətəndaşı ailəsi ilə vurmağın tək bir adı var: nakişilik. Və nakişiləri elə xaricdə də axtarmamalıyıq.

Bu gün bəzi məmurlardan bəslənən və insanları ailələri ilə ilə “vuran” az nakişi yoxdur aramızda və onların hər biri potensial “söyüş müxalifəti”dir. Bu cümləni də yazın bir kənara, Aqil demişdi, deyərsiniz… Nə isə…media-img-20260329-wa0009Əslində, bu yolu tutanların hesablamadıqları bir məqam var. Onlar Müzəffər Ali Baş Komandanı, dövlətin başçısını, xalqın liderini ən alçaq silahla vurmaq istəyir, bununla onun nüfuzunu sarsıda biləcəklərini sanırlar. Əllərində heç bir arqument qalmadığından son – ən alçaq silaha sarılıblar. Ancaq unudurlar ki, Azərbaycan hər nə qədər Qərb kimi görünsə də, Şərq ölkəsidir və ailə mövzu olduğu təqdirdə, bütün digər məsələlər arxa plana keçir. Necə ki 44 günlük savaş başlayanda hər kəs dəmir yumruq kimi Ali Baş Komandanının arxasında birləşdi.

Sosial problemi ola bilər, hansısa məmurdan narazılığı da mümkündür, vətəndaş dövlətinin siyasətindən də fərqli düşünə bilər. Ancaq sən ölkə başçısının ailəsinə hücum edərsən, bütün narazılıqlarına rəğmən, o vətəndaş prezidentinin arxasında yer alar.

Heç demirik;

– Bu xalq Qarabağın işğaldan azad olunduğunu unutmadı.

– Bu xalq Şuşa kimi bir xəyalının gerçəyə çevrildiyini unutmadı.

– Bu xalq otuz illik məğlubiyyətin ləkəsini alnından silib, onu qalib xalq edən komandanını unutmadı.

– Bu xalq ölkəsinin nəinki regionda, dünyada söz sahibinə çevrildiyini unutmadı.

Bütün bunlar öz yerində, ancaq əsas olan ailəyə əl və dil uzadılmasıdır ki, bu xalq bunu əsla qəbul etməyib və etməyəcəkdir.

Bəli, Ramiz Mehdiyevlərin vaxtilə dövlət başçısı ilə xalq arasında qurduğu divarlar çoxdan dağılıb. Xalqla prezident arasında məsafə yoxdur. Bu gün lider xalqın içindədir, xalq da liderinin yanında. Ona görə də dedi-qodu ilə xəndək qazmaq istəyənlər boşuna çalışırlar.

Ona görə də bu gün ailə ilə vurmağa çalışanlara cavab sadədir və sərtdir:
Siz bir lideri yox, bir millətin əxlaqını hədəfə alırsınız. Və ən əsası – siz bu oyunu başlamadan uduzmusunuz. Sizdən istifadə edən xarici xüsusi xidmət orqanları ilk sizi məhv edib. Məsələlərə öz toplumlarının arşını ilə yanaşaraq ilk sizi yandırıb, ilk sizi məhv ediblər.

Bəlkə də, zamanında hansısa məmurların villalarını ifşa etməklə qazandığınız populyarlığı bu addımınızla məhv etdiniz. Eyforiyaya qapıldığınızdan, troll yalanlarına inandığınızdan fərqində belə deyilsiniz. Ancaq bu prosesin məğlubu sizsiniz.
Çünki kişi kişini ailə ilə vurmur.
Vurdusa, artıq məğlub axtarmaq üçün güzgüyə baxmaq kifayətdir…

Aqil Ələsgər

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05