“Prezidentə uzanan o dil və əl elə bu xalq tərəfindən kəsilməlidir!” - DEPUTAT

media-hightechnic-468x90

“Cənab İlham Əliyevə uzanan dil və əl elə bu xalq tərəfindən kəsilməlidir”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

media-1765884109_vvvvv

Deputat Vaşinqtonda Prezident İlham Əliyevin qaldığı hotelin qarşısında bir neçə təxribatçının etdiyi hücumu sərt tənqid edib:

“Vaşinqtonda Sülh Şurasının ilk iclasında Donald Tramp tərəfindən Azərbaycan Prezidentinin Cənubi Qafqazda nail olduğu reallığın bir daha gündəmə gətirilməsi, cənab İlham Əliyevin sülh formulunun Vaşinqtondan dəstəklənməsi çox ciddi tarixi-siyasi hadisədir. Bu, ilk növbədə Azərbaycanın yaratdığı hərbi-siyasi reallığın özünü doğrultması deməkdir. Çünki qlobal müstəvidə sülh anlayışına inam çoxdan itmişdi. Xüsusən Əfqanıstana, İraqa, Liviyaya və Suriyaya müdaxilə təcrübəsi hərbi yolla sülh əldə edilə bilməyəcəyi konseptini ortaya qoymuşdu. Lakin cənab İlham Əliyev qlobal məzmunda bu gedişatı dəyişdi və mütləq hərbi-siyasi qələbə ilə dayanıqlı sülh üçün elə bir zəmin formalaşdırdı ki, bu, digər coğrafiyalar üçün də nümunəyə çevrildi. Əminliklə deyə bilərik ki, Prezident Tramp da beynəlxalq sülh quruculuğu prosesində məhz Azərbaycandan ilhamlandı.

Beynəlxalq ictimaiyyət artıq fərqindədir ki, cənab İlham Əliyev milli maraqları rəhbər tutmaqla oyun qaydalarını ümumbəşəri dəyərlərin lehinə dəyişib. Amma aydındır ki, ümumbəşəri dəyərlər heç də hamı üçün maraqlı deyil. Məsələn, Azərbaycan və Ermənistan arasında de-fakto sülh bəzi dövlətlərin Cənubi Qafqaz siyasətinin fiaskosu oldu. Belə olan halda cənab İlham Əliyevin siyasətinin, şəxsiyyətinin, hətta ləyaqətsizcəsinə onun ailəsinin hədəfə alınması əslində gözlənilən idi.

Ortada sadə bir həqiqət var: müharibənin zəfərlə bitməsi Azərbaycana daha müstəqil davranmaq imkanı verib. Cənab İlham Əliyevin simasında milli iradənin hakim olduğu Azərbaycana kənardan diktə etmək, sərvətlərini talayıb daşımaq mümkün deyil. Cənab İlham Əliyev fərd olaraq yox, bu reallığın memarı və qarantı kimi hədəfə alınıb.

Hər kəs əmin ola bilər: bir müddət öncə barəsində cinayət təqibi başlanan Mehdiyev də, Əli Kərimli də, haqqında məhkəmənin ittiham hökmü çıxmış Vardanyan da, Vaşinqtonda Azərbaycan Prezidentinə qarşı təxribat törətmək istəyən muzdlu aksiyaçılar da, Şimal kəşfiyyatının çuğulları olan qanı xarab Hüseynov qardaşları da hamısı bir mərkəzdən idarə olunur. Hədəf bizim zəfərimizdir, hədəf suverenliyimizdir, torpaqlarımızdır, sərvətlərimizdir. Hədəf bu yolda qanı tökülən şəhidlərimizdir, qazilərimizdir. Bir sual verin: bu adamlar xaricə necə gedib, heç bir tələbə cavab vermədən necə viza alıblar, kim bunların bank hesabına pul qoyub və kimin himayəsində yaşayırlar?”

B. Məhərrəmov xalqa müraciət edərək dövləti təxribatlara qarşı bir olmağa çağırıb:

“Əziz həmkarlar, biz bir dəfə xalq olaraq Heydər Əliyev Moskvadan gələrkən onu dərhal iqtidara daşımayıb vaxt itirməklə, ayrı-ayrı ünsürlərin Ulu Öndəri hədəfə almasına, hətta bu zalda çıxış etməsinə imkan verilməməsinə göz yumaraq səhvə yol vermişik. Nəticədə itirən kim oldu? Azərbaycan xalqı. Şimalın Mütəllibov xətti ilə Qorbaçovun cəbhə hərəkatı bir-birini əvəzləyərək ölkəni məhvə sürükləyirdi. Yenə də imdada Ulu Öndər çatdı.

Ona görə də Azərbaycan xalqı bu proseslərdə ayıq-sayıq davranmalı, eyni səhvin hər hansı formada təkrarlanmasına izn verilməməli, cənab İlham Əliyevə uzanan dil və əl elə bu xalq tərəfindən kəsilməlidir. Azərbaycan dövləti güclüdür. Vardanyanın da, Mehdiyevin də, Əli Kərimlinin də timsalında görürük ki, heç kəs cəzasız qalmır və qalmayacaq. Amma bu prosesdə aktiv davranmaq, ləyaqətsiz, ailə dəyərini itirmiş ünsürlərin qarşısında dayanmaq vətəndaşlıq borcudur”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05