Prezidentin 4 ay öncə şiddətli töhmət verdiyi sədr 10 manatlıq şirkətə 847 min AZN-lik SİFARİŞ VERDİ

media-hightechnic-468x90

Dövlət Turizm Agentliyi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən jurnalistlər, blogerlər və turizm şirkətlərinin nümayəndələri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınmasına dair tenderin nəticəsini açıqlayıb.

Yenicag.az “32gun.az”a istinadla xəbər verir ki, qalib “VEGA TRAVEL MANAGEMENT” MMC olub. Tərəflər arasında 847.319,06 manatlıq müqavilə bağlanacağı gözlənilir.

Bu şirkətin qanuni təmsilçisi Əmrah Rəhimli Natiq oğludur. Şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır.

Qeyd edək ki, Agentliyin sədri Fuad Nağıyevdir. Prezident İlham Əliyev bu il martın 4-də imzaladığı sərəncamla ona işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət vermişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600