Prezidentin fahişəsinə 250 min dollar…

media-hightechnic-468x90
Monica-Lewinsky-was-involved-in-a-romantic-relationship-with-President-Bill-Clinton-between-the-winter-of-1995-and-March-1997ABŞ-ın sabiq prezidentinin məşuqəsi Monika Levinskinin məşhur mavi donu üçün 250 min dollar təklif ediblər.
Las Veqasdakı Erotik irs muzeyinin sahibi Harri Monin ABŞ-ın sabiq prezidenti Bill Klintonun məşuqəsi Monika Levinskinin məşhur mavi donunu almaq üçün təklif məktubu göndərib.
Harri Monin müraciətində 250 min dollar təkliflə Levinski donunu əldə etməklə yanaşı, həm də sabiq məşuqəni 100 min dollar illik maaşla işə dəvət edib.
“Mən təsəvvür etmirdim ki, Bill Klintonla sizin əlaqəniz sizin şəxsi həyatınıza və sizin karyeranıza bu dərəcədə təsir edəcək. Mən sizə Erotik irs muzeyində menecer və kurator işini təklif etməyə hazıram”, – deyə muzey kompleksinin sahibi yazdığı məktubunda bildirib.
Qeyd edək ki, muzey sahibi Monika Levinskidən hələ cavab ala bilməyib.(ans)

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600