Prezidentin məşuqəsinə vəzifə verildi

media-hightechnic-468x90

39629Rusiya prezidenti Vladimir Putinin məşuqəsi iddia edilən Alina Kabayevaya yeni vəzifəyə təyin edilib.

media-banner_tkm

Kabayeva “İzvestiya” qəzeti, LifeNews telekanalı və “Rus informasiya xidməti” radiostansiyalarının daxil olduğu “Milli Media Qrupu”nun direktorlar şurasına başçılıq edəcək.

Bu barədə “Milli Media Qrupu”nun mətbuat xidməti açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Kabayevaya qeyd edilən vəzifə ilə bağlı təklif olunub və o, bunu qəbul edib.

Alina Kabayeva yeni vəzifəsinə qədər “Milli Media Qrupu”nun İctimai şurasına rəhbərlik edib.

Qeyd edək ki, A.Kabayeva öz istəyi ilə Dövlət dumasının deputatlığından imtina edib. O, ilk dəfə parlamentin aşağı palatasına 2007-ci ildə seçilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05