Prezidentin oğlu könüllü olaraq orduya yazılıb

media-hightechnic-468x90

fc779a7ae6415d8eb8c03d8c0b0c1becUkrayna prezidenti Petro Poroşenkonun oğlu könüllü olaraq orduya yazılıb və hazırda cəbhə bölgəsindədir.

P. Poroşenko bunu CNN-ə müsahibəsində deyib.

P. Poroşenko bildirib ki, ukraynalılar təhlükəyə qarşı durmağa və döyüşməyə hazırdır: “Bu, adi bir söz deyil. Mənim oğlum oradadır. Könüllü gedib. O, London İqtisad Məktəbini, Oksfordu, İNSEAD-ı (Fransız Biznes Məktəbi) bitirib. İndi artilleriya bölməsindədir. Son üç gündə onun taqımında 3 döyüşçü həlak olub”.

P. Poroşenko bir vətəndaş və bir ata kimi sülhün nə qədər vacib olduğunu anladığını da vurğulayıb.

Qeyd edək ki, P. Poroşenkonun iki oğlu var – böyük oğlu Aleksey 1985-ci il, kiçik oğlu Mixail isə 2001-ci il təvəllüdlüdür.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600