Prezidentin qızı istefa verdi
Türkiyə prezidentinin qızı Sümeyye Ərdoğan Ədalət və İnkişaf Partiyasından (AKP) istefa edib.
Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye AKP-dəki vəzifəsini qeyri-hökumət təşkilatındakı fəaliyyətləri ilə əlaqədar olaraq tərk edib.
4 ildir ki, maaş almadan AKP-də çalışan Sümeyye istefa məktubunu rəhbərliyə təqdim edib.
Qeyd edək ki, Sümeyye Ərdoğan AKP sədrinin sözcüsü vəzifəsində çalışırdı. Onun atası Rəcəb Tayyib Ərdoğan bu ilin avqust ayında prezident seçkisində qalib olub.