Prezidentin xanımı vətəndaşa şillə vurdu
Fransa paytaxtının bir kişi sakini ölkənin prezidenti Fransua Ollandın keçmiş xanımı Valeri Trierveylerə qarşı iddia irəli sürərək onu məhkəməyə verib.
Yenicag.az anspress-ə istinadən bildirir ki, Fransa mətbuatının yazdığı kimi, buna səbəb olan hadisə Parisin 15-ci dairəsində yerləşən kafedə baş verib. Belə ki, zərər çəkən şəxs kafedə Valeri Trierveylerdən istehza ilə “Ollanddan nə xəbər” var deyə maraqlanıb. Fransanın keçmiş birinci xanımı həmin kişidən üzr istəməsini tələb edib, amma, bu, alınmayıb. Buna əsəbləşən xanım kişiyə sillə vurub və onu təhqir edib.
Bundan sonra zərər çəkən polisə gedib və Fransa prezidenti Fransua Olandın keçmiş xanımından şikayət ərizəsi yazıb.
Xatırladaq ki, V.Trierveyler əvvəllər “Bir an üçün təşəkkür” (Merci pour ce moment) avtobioqrafiyasını yazıb. O, kitabda Fransa prezidentinin və özünün həyatından danışıb: “Mən Olandın xəyanət edərək aktrisa Jyuli Qaye ilə birlikdə olmağını öyrəndikdən sonra özümə qəsd etməyə çalışırdım”.