Professordan millət vəkillərinə SƏRT SÖZLƏR: “Elə bilirlər, deputatlıq lotuluqdan ibarətdir”

Professor Vaqif Sultanlı deputat Eldəniz Səlimovun polisi döyməsi fonunda millət vəkillərini sərt tənqid edib.

Yenicag.az xəbər verir ki, Vaqif Sultanlı Mirzə Fətəli Axundova rəhmət oxuyaraq deputatların xüsusiyyətlərini sayıb.

“Allah sənə rəhmət eləsin, Mirzə Fətəli!
Sənin deputatın oturub parlamentdə, elə bilir ki, deputatlıq ibarətdir – yumşaq kresloda yayxanıb mürgü döyməkdən, bahalı restoranlarda yeyib-içməkdən, yayın cırhacırında kostyum geyməkdən, son dəbdə avtomobil sahibi olmaqdan, tətillərdə sanatoriyalarda kef çəkməkdən, mal-mülk yığmaqdan, övladlarını, qohum-əqrəbalarını vəzifələrə yerləşdirməkdən, hərdən özünün hazırladığı mənasız suallar əsasında “müsahibə” verməkdən, “seçici”lərinə nifrət etməkdən, əyyaşlıqdan, lotuluqdan, qoçuluqdan…” – deyə professor qeyd edib.