Paytaxtda ağacların qanunsuz kəsilməsi halları aşkarlandı

media-hightechnic-468x90

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri ərazisində ağacların qanunsuz kəsilməsi faktlarını aşkar ediblər.

Xidmətdən Yenicag.az-a verilən məlumata görə, araşdırma zamanı Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 1A, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 283A ünvanlarında, Xəzər rayonunun Mərdəkan qəsəbəsinin Müşfiq Şahbazov küçəsində, Nəsimi rayonu Abay döngəsi, 360-cı məhəllədə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 25 min 680 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05