!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prokuror Hüseyn Əzizovu döyən idmançılara yüngül cəza istədi

!Reklam – Yazi

MMA və Qrapplinq Federasiyasının həbsdə olan qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədovun məhkəməsi yekunlaşır.

Yenicag.az-ın məlumatına görə, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Müslüm Şahmarov idmançıların ayrı-ayrılıqda xuliqanlıqda təqsirli bilinmələrini-R.Əfəndiyev, T.Musayev, Vüqar Kərimov və Xəzər Rüstəmov və Rüfət Əsədovun 1 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İttiham çıxışında sərbəst mühakimə olunan T.Musayevin məhkəmə zalından həbsi tələb olunub.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Səbail rayonu ərazisində yerləşən “Dəniz Mall” ticarət mərkəzində baş verib. İttihama görə, idmançılar “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən dava düşüb. Davada idmançı Həsən Əzizov döyülüb.

COP29

www.yenicag.az

160
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv