Prokurorluğunun binası geri alındı

media-hightechnic-468x90

xxxxxxxUkraynanın Luqansk vilayət Prokurorluğunun binası dinc yolla silahlı separatçılardan geri alınıb.

Mayın 2-nə keçə gecə uzun sürən danışıqlardan sonra silahlı şəxslər prokurorluq binasını tərk edib.

Luqansk Prokurorluğunun mətbuat katibi Marina Bragina hər şeyin sakitliklə həll olunduğunu söyləyib: “Bina gecə uzun sürən danışıqlardan sonra azad edilib. Heç kim zərər çəkməyib. Hazırda orada operativ-istintaq qrupu çalışır. Əməkdaşlar bu gün nahardan sonra işə çıxacaq”.

M. Bragina bildirib ki, hələlik binaya daxil olmadığı üçün içəridə rəsmi sənədlərin məhv edilib-edilmədiyini bilmir.

Qeyd edək ki, separatçılar aprelin 29-da Luqansk Prokurorluğunun binasını ələ keçirmişdi(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600