Prokurorun qatillərinə edam hökmü çıxarılıb

media-hightechnic-468x90

aeüeİranın Sistan və Bəluçistan vilayətinin inzibati mərkəzinin prokuroru Musa Nurinin öldürülməsində ittiham olunan şəxslərdən üçü barəsində edam hökmü çıxarılıb.

Bunu Sistan və Bəluçistan vilayətinin baş prokuroru İbrahim Həmidi deyib. Trend xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat verir.

İ.Həmidi deyib ki, prokrorun ölümü ilə bağlı həbs olunan 13 nəfərdən 3 əsas iştirakçı barəsində edam hökmü verilib və digərləri haqda iş aparılır.

Xatırladaq ki, 2013-cü ilin noyabr ayında silahlı hücum nəticəsində İranın Sistan və Bəluçistan vilayətinin inzibati mərkəzinin prokuroru Musa Nuri öldürülmişdi. Musa Nuri avtomobili naməlum şəxslər tərəfindən saxlanıldıqdan sonra sürücüsü ilə birlikdə qətlə yetirilmişdi. Bu cinayət işi ilə bağlı 13 nəfər həbs olunub.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600