Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

PUA-larımız düşmənin döyüş texnikalarını məhv edir - RƏSMİ

“Zərbə PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

“Ermənistan tərəfi bu gün yenidən guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin və pilotsuz uçuş aparatlarının vurulması ilə bağlı dezinformasiya yayıb.

Bir daha bildiririk ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir döyüş təyyarəsi vurulmayıb. Əksinə, Azərbaycanın zərbə PUA-ları Ermənistan silahlı qüvvələrinin döyüş texnikalarını məhv etməkdə davam edir. PUA-larımızın döyüş fəaliyyəti ilə bağlı videogörüntülər mütəmadi ictimaiyyətə təqdim olunur.

Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yaymaqla onların döyüşlərlə bağlı informasiya boşluğunu doldurmağa çalışırlar”.

Loading...

www.yenicag.az

382