!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pul var, layihə var, mütəxəssis yoxdur” – Paşinyan GİLEYLƏNDİ

!Reklam – Yazi

Ermənistanda elə bir sahə yoxdur ki, biz bu problemlə üzləşməyək”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.
Paşinyan sənaye sahələrində mütəxəssis çatışmazlığından gileylənib.

“Biz Ermənistanda yeni atom elektrik stansiyasının olması və tikilməsi vəzifəsini qarşıya qoymuşuq. Burada isə elə bir vəziyyətlə qarşılaşırıq ki, pul var, layihə var, amma mütəxəssislər yoxdur.
Artıq gecikmişik, amma heç olmamaqdansa, gec də olsa, olmağı yaxşıdır”, – Paşinyan qeyd edib.

O, yeni mütəxəssislərin hazırlanması barədə göstəriş verib.

“Mən göstəriş vermişəm ki, hərbi xidmətdən möhlət hüququnu müəyyən edərkən biz nüvə təhlükəsizliyi sahəsinə xüsusi diqqət yetirməliyik.
Bizim həyata keçirilməli olan layihəmiz var və onun bir hissəsi mütəxəssislərin hazırlanmasıdır.
Ermənistanda elə bir sənaye sahəsi yoxdur ki, biz həm özəl, həm də dövlət sektorunda bu problemlə qarşılaşmayaq”, – Paşinyan bildirib.

Xuraman Etibarlı

COP29

www.yenicag.az

145
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv