!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pullarını çıxara bilməyən livanlılar banklara hücum etdi

!Reklam – Yazi

Livanda dövlət tərəfindən dondurulmuş hesablarındakı pulları çıxara bilməyən əmanətçilər bəzi özəl bankların önündə yanğın törədib, daşla hücum ediblər.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Beyrutun Badaro rayonunda ən azı 6 bank filialı qarşısında “Əmanətçilərin fəryadı dərnəyi” tərəfindən aksiya keçirilib.

Bankların qarşısında əşyalar yandıran etirazçılar bankları daşa basıblar, bəzi filialların şüşələrini sındırıblar. Hadisədən sonra açıqlama verən Beyrut Xilasetmə İdarəsi yanğınların tez bir zamanda söndürüldüyünü və alovların bankların içərisinə keçmədiyini bildirib.

2019-cu ilin oktyabrında Livanda başlayan nümayişlər, hökumətin istefası, Beyrutdakı liman partlayışı və COVID-19 pandemiyası kimi hadisələr ölkə iqtisadiyyatına dərindən təsir edib. Təxminən 3,5 ildir davam edən iqtisadi böhran şəraitində valyuta ehtiyatlarının əriməsinin qarşısını almaq üçün banklardakı dollar depozit hesabları dondurulub.

2019-cu ildə 1 ABŞ dolları 1500, 2022-ci ilin yanvar ayında 20 min , hazırda qara bazar və valyutadəyişmə məntəqələrində isə 76 min lirədən satılır.

www.yenicag.az

251
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv