“Putin büdrəsə, elə özününkülər dərisini boğazından çıxaracaqlar”

media-hightechnic-468x90

91471“Rusiya çox qeyri-adi ölkədir və əgər Putin büdrəsə, elə özününkülər dərisini boğazından çıxaracaqlar”.

Yenicag.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məşhur gürcü aktyoru və ifaçısı Vaxtanq Kikabidze, “Novoye vremya” jurnalına verdiyi müsahibəsində bildirib.

“SSRİ-də də belə idi: nə qədər ki, güclüsən, sənə toxunmurdular, amma elə ki, sənə nə isə olurdusa səni tapdalayırdılar”, – o bildirib.

“Rusiyalılar sadəcə tarixi unudublar. İndi çoxlarına, yəqin ki, yeni ərazilərin meydana çıxması, yeni dənizin olması xoş gəlir. Onlar artıq bu torpaqların onların olmadığına fikir vermirlər”, – Vaxtanq Kikabidze qeyd edib.

O, Putinin bu müharibəyə heç bir dövlətin qoşulmaq istəmədiyini bildiyini vurğulayıb.

“Amma növbəti Pribaltika ola bilər. Gürcüstan isə növbədənkənardır. Bizdə istənilən an müharibə başlaya bilər”, – gürcü aktyoru deyib.

O qeyd edib ki, gürcülər xeyirxahlığı unutmurlar.

“Bizdə müharibə başlayan zaman bizi qorumağa gələn ukraynalılar oldu. Yeddi və ya səkkiz ukraynalı burada həlak olub. Ona görə də bizim uşaqlar sizə yardıma gəlib”, – Vaxtanq Kikabidze vurğulayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600