Putin, Ərdoğan və Ruhani Soçidə görüşəcək - Müzakirə mövzusu açıqlandı

media-hightechnic-468x90

Rusiya, Türkiyə və İran prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani cümə axşamı Soçidə Suriya probleminin nizamlanması üzrə növbəti üçtərəfli sammiti keçirəcəklər.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Danışıqlar zamanı Suriya Ərəb Respublikasındakı vəziyyətin uzun müddət normallaşdırılması məqsədi ilə gələcəkdə birgə addımların atılmasının nəzərdən keçirilməsi planlaşdırılır”, – deyə məlumatda bildirilir.

Liderlər sammit çərçivəsində həmçinin öz aralarında ikitərəfli görüşlər də keçirəcəklər.

Gözlənildiyinə görə, danışıqların əsas mövzuları arasında Suriya konstitusiya komitəsinin formalaşdırılması, İdlibdə və Suriyanın şimal-şərqindəki kürd ərazilərində vəziyyət, həmçinin Amerika qoşunlarının ərəb respublikasından çıxarılmasının planlaşdırılması və digər problemlər var.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05